“Advanced Technologies Group “ MMC 2018-ci ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil aviasiya konsaltinq şirkəti kimi yaradılmışdır. Biz regionun bu seqmentində domen ekspertizası təmin edən yeganə hüquqi şəxsik.
Biz ən qabaqcıl operatorlarla əməkdaşlıq edərək və ən innovativ layihələrdə iştirak etməklə öz bacarığımızı uğurla sübut etdik.
Komandamızın bilik və təcrübəsindən istifadə edərək, aviasiya biznesi üçün geniş çeşiddə xidmətlər təklif edirik:
• Aviasiya mütəxəssislərinin təhcizatı
• Kommersiya uçuş əməliyyatları üçün İT həllərin hazırlanması və tətbiqi
• PUA sistemlərinin inkişafı və tətbiqi
• Sistem və prosedurların hazırlanması və tətbiqi
• Aviasiya qaydalarına dair məsləhətlərin verilməsi
• Peşəkar Aviasiya Təlimləri
• Aviasiya Risklərinin Qiymətləndirilməsi və SMS sisteminin yaradılması üçün köməkliyin göstərilməsi