service details thumbnail

ATG MMC olaraq biz dünyanın ən çətin sənaye sahələrini dəstəkləmək üçün kompleks və inteqrasiya olunmuş həllər təqdim edirik. Fəaliyyətimizin əsas istiqamətləri neft-qaz, aviasiya, tikinti və əlaqəli sahələrdir.
Missiyamız — müştərilərimizə təhlükəsizliyi, səmərəliliyi və dayanıqlılığı artıran, eyni zamanda milli və beynəlxalq standartlara uyğunluğu təmin edən xidmətlər göstərməkdir.

Geniş sahə təcrübəsinə malik yüksək ixtisaslı mütəxəssislərdən ibarət komandamız texniki bilikləri, innovativ alətləri və müştəriyönümlü yanaşmanı birləşdirərək etibarlı nəticələr təqdim edir.

Xidmət portfelimizə daxildir:

MƏSLƏHƏT XİDMƏTLƏRİ

  • İnteqrasiya İdarəetmə (IM) üzrə texniki səlahiyyət dəstəyi
  • IM üzrə ekspert xidmətləri (SME Services)
  • Təzyiq sistemləri, boru kəmərləri və sualtı idarəetmə

İNTEQRASİYA İDARƏETMƏ XİDMƏTLƏRİ

  • Fərdi (bespoke) IM sistemlərinin hazırlanması
  • Risk əsaslı yanaşma ilə IM
  • Məlumat analitikası, yoxlama planlaşdırılması, anomaliyaların idarə olunması və aradan qaldırılması

YERİNDƏ İCRA XİDMƏTLƏRİ

  • Sahə yoxlama xidmətləri (mühəndislər, NDT, texniki xidmət üzrə mütəxəssislər)
  • PUA (dron) texnologiyaları (yoxlamalar, metan emissiyalarının və neft sızmalarının monitorinqi, aşkarlanması və miqdarının müəyyənləşdirilməsi)

IT HƏLLƏR

  • Proqram təminatı və rəqəmsallaşdırma imkanları (IDMS / CMMS / Digital Twin)
  • Süni intellekt həlləri
  • 3D mühəndislik

TƏLİM XİDMƏTLƏRİ

  • Davamlı "iş yerində" biliklərin ötürülməsi
  • IM üzrə xüsusi təlimlər (təzyiq sistemləri, boru kəmərləri və sualtı idarəetmə, PUA)
  • Onlayn modul tipli ümumi təlim materialları

contact

Sorğunuzu bizə göndərmək üçün aşağıdakı forumu doldurun