Biz, helikopter eniş meydançalarının (helideck və helipad) vəziyyətini və standartlara uyğunluğunu yoxlamaq üçün müstəqil ekspertiza təklif edirik. Bu yoxlamalar, onların bütün əməliyyat təhlükəsizliyi və normativ tələblərə cavab verdiyini təmin edir. 20 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssislərimiz, operatorların ən yüksək səviyyədə təhlükəsizliyi və əməliyyat hazırlığını qorumasına kömək edən etibarlı qiymətləndirmələr təqdim edirlər.
Xidmətimizə, Azərbaycan Respublikasının Helideck Yoxlama Tələblərinə uyğun olaraq helidecklərin illik yoxlanılması daxildir. Hər bir yoxlama zamanı biz helideckin konstruksiya bütövlüyünü, təhlükəsizlik avadanlıqlarını, işıqlandırmanı, nişanlanmanı, yanğınsöndürmə sistemlərini və əməliyyat prosedurlarını milli və beynəlxalq standartlara tam uyğunluğunu təmin etmək üçün qiymətləndiririk.
Hər yoxlamadan sonra biz, operatorlara aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaqda kömək etmək üçün ətraflı texniki hesabatlar və tövsiyələr təqdim edirik. Bu hesabatlara əsasən, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi bütün tətbiq edilən təhlükəsizlik və performans tələblərinə cavab verən helideck və helipadlar üçün illik Uyğunluq Sertifikatı verir.
Biz, normativ bilikləri, praktik təcrübəni və obyektiv yanaşmanı birləşdirərək müştərilərimizə uyğunluğu saxlamağa, təhlükəsizlik göstəricilərini artırmağa və uçuş əməliyyatlarına daimi hazırlığı təmin etməyə yardım edirik.